Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır” başlıqlı  ədəbi bədii kompozisiya  keçirilib

19.01.2023

18.01.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı  20 Yanvar Ümumxalq Hüzn Gününə aid "Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır" başlıqlı  ədəbi bədii kompozisiya  keçirdi.  Tədbiri  kitabxana filialının müdiri Rahilə Qasımova açaraq söylədi ki, Azərbaycan  xalqının yaddaşına  əbədi həkk  olunmuş  20 Yanvar  hadisələrindən 33 il ötür.   20 Yanvar Azərbaycan tarixində təkcə   faciə deyil, Azərbaycanın istiqlal yolunun  ilk zirvəsi , milli məfkurəmizin  azadlıq  istəyinin  oyanış günüdür.
Tədbir iştirakçıları 20 Yanvar   Şəhidlərinin və Azərbaycanın  ərazi bütövlüyü  uğrunda şəhid olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.  Tədbirə 20 Yanvar hadisələri haqqında ətraflı məlumat vermək üçün AMEA-nın Gəncə  bölməsi Nizami Gəncəvi irsinin tərcümə şöbəsinin  baş elmi işçisi Pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Aləmzər Tağıyeva,  GDU-nin Ümumi tarix kafedrasının dosenti, Tarix üzrə  fəlsəfə doktoru Hüseyn Bəxtiyarlı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat  İnstitutunun şöbə müdiri, Filologiya elmləri  doktou, professor Almaz Ülvü Binnətova, Bakı şəhər 57 saylı tam orta məktəbin tarix müəllimi Şəhla Səlimova dəvət edilmişdir. Çıxışçılar  söylədilər ki, sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi və insanları müstəqillik arzularından döndərə bilmədi.
Tədbirdə  24 saylı tam  orta məktəbin şagirdi Nuray Quliyeva, Goranboy rayonundan  M.Zeynalov adına orta məktəbin şagirdləri Aysu Allahverdiyeva, Məryəm Nəsibli,  filialın  böyük kitabxanaçısı Təranə Aslanova  şəhidlərə aid şeirlər söylədilər. 
Tədbirdə 20 Yanvar Şəhidlərinə həsr edilmiş videoçarx nümayiş etdirildi. Sonda qeyd edildi ki, 20 Yanvar Şəhidlərinin əziz xatirəsi bundan sonra da xalqımız tərəfindən hörmətlə anılacaq və qəhrəmanlıq tariximizdə gənc nəsillərə bir örnək olacaq.

 

1.2 MB